Layihə haqqında

Erkən inkişafetdirici təlimin uşağın intellektual bacarığının yaxşılaşmasına müsbət təsir etməsini və onun məktəbdəki akademik göstəricilərinə və gələcəkdə əmək bazarında uğur qazanmasına zəmin yaratmasını nəzərə alaraq həyata keçirilən “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi və UNICEF-in dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən icra edilir.

İcma əsaslı məktəbəqədər təhsilin inkişafı

Ümumi

Layihə 3-5 yaşlı uşaqların dörd inkişaf sahəsində bacarıqlarını artıracaqları İcma Əsaslı Məktəbəqədər Təhsil mərkəzlərini yaratmaq, məktəbdə valideyn birlikləri və məktəbin birgə əməkdaşlığı sayəsində ibtidai təhsilin keyfiyyətini artırmaqdan ibarətdir. Layihə məktəbəqədər və ibtidai təhsil səviyyələrində vətəndaş iştirakını təmin etməklə, Azərbaycanın əlverişsiz kənd icmalarında daha keyfiyyətli təhsil xidmətlərinə nail olmaq məqsədi daşıyır. Layihə əsasən vətəndaş cəmiyyətinin məktəbəqədər təhsil xidmətləri göstərməsində potensialının və iştirakının gücləndirilməsini, həmçinin valideynlərin təhsil xidmətlərinin idarəedilməsində və monitorinqində iştirakını dəstəkləyir.

Səbəb

Son on il ərzində Azərbaycan özünün təhsil sektorunu dəyişdirmək üçün çox səy göstərmişdir. Müəyyən nailiyyətlərə baxmayaraq, ölkənin üzləşdiyi ən böyük çətinlik təhsil xidmətlərinin keyfiyyətinin aşağı olmasıdır. Təhsil xidmətlərinin göstərilməsi əsasən mərkəzləşdirilmiş qaydada, mərkəzi və ya yerli icra orqanları tərəfindən həyata keçirilir. Vətəndaş cəmiyyətlərinin  və ya icma əsaslı qrupların təhsil  xidmətlərini çatdırmaqda, onların idarə edilməsində və izlənilməsində onların rolları olduqca zəifdir. Ümumiyyətlə, təhsil sektorunda müxtəlif icmaların ehtiyaclarını müəyyənləşdirmək, müzakirə etmək və qarşılamaq üçün müvafiq platformalar yoxdur.

İcma əsaslı məktəbəqədər təhsilin inkişafı
İcma əsaslı məktəbəqədər təhsilin inkişafı

Məqsəd

Layihənin iki xüsusi məqsədi var:

 
1) İcma əsaslı qrupların vasitəsi ilə nəzərdə tutulmuş regionlarda (hədəf regionlarda) 3-5 yaşlı uşaqların məktəbəqədər və ibtidai təhsildə iştirakını artırmaq

 

2) Başlıca olaraq cavabdehlik və şəffaflıq əsasında valideynlərin təhsil monitorinqlərdə aktiv iştirakının nəticəsində məktəb-icma əlaqələrinin gücləndirilməsi.

İcma əsaslı məktəbəqədər təhsil mərkəzləri

Hal-hazırda Azərbaycanın 50 şəhər və rayonunda  500 İcma əsaslı Məktəbəqədər Təhsil Qrupları fəaliyyət göstərir. 

Aşağıdakı faylı endirərək, layihə çərçivəsində

bütün İcma qruplarının yerləşdiyi şəhər, rayon, kəndlərin, eləcə dətərbiyəçi-müəllimlərin

siyahısı ilə tanış ola bilərsiniz.

Layihə haqqında

sualınız var