Layihə çərçivəsində mentor təlimi

29 oktyabr – 6 noyabr tarixləri aralığında 2020-21-ci tədris ilində layihə çərçivəsində çalışacaq 21 mentor üçün onlayn təlimlər keçirilib. Belə ki, təlimlər mentorların peşəkar sahədə hərtərəfli inkişafını təmin etmək məqsədilə bir sıra mövzuları əhatə edib:

  1. “Mentorlardan gözləntilər və onların təyin olunması”

  2. “Mentor və mentorluq nədir?”

  3. “Mentorluqda psixo-pedaqoji yanaşmalar”

  4. “Akademik proqram və onun təşkili”

  5. “Müşahidə və onun aparılması qaydası”

  6. “Sinif, tərbiyəçi-müəllim və mentor arasındakı əlaqə və bağlılıq”

  7. “Effektiv ünsiyyət alətləri: tərbiyəçi-müəllimlə birgə etibarlı öyrənmə mühtinin qurulması”

  8. “Layihənin təşviq olunması və bununla bağlı alətlər”


Təlimlər layihə rəhbəri İlahə Rəsulova, layihə əməkdaşları Fəqan Hüseynov, İsmayıl İsmayılov və mütəxəssislər Aynur Bünyatova, Lalə Orucova tərəfindən keçirilib. Tədris ili boyunca mentorların peşəkar inkişafı ilə bağlı təlimlərin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, mentorların seçimi imtahan və müsahibə mərhələlərindən ibarət olmaqla, oktyabrın ilk həftəsində başa çatıb. Mentorların başlıca vəzifəsi İcma əsaslı məktəbəqədər təhsil mərkəzlərində çalışan tərbiyəçi-müəllimlərin iş keyfiyyətinin və mərkəzin ümumi texniki-infrastrukturunun monitorinqini aparmaqdır. Əlavə olaraq isə mərkəzlərdəki tədris prosesi ilə tanış olmaq və tərbiyəçi-müəllimlərə kömək etməkdir.