Tərbiyəçi-müəllimlər üçün İKT kursu


Layihə çərçivəsində çalışan 355 tərbiyəçi-müəllimin iştirak edəcəyi İKT kursu ümumilikdə 18 qrupda olmaqla, 9 aprel-28 may tarixlərində baş tutacaq.


Kursun təşkili qruplara görə 3 hissəyə bölünmüşdür:

  1. 9 aprel - 23 aprel, 6 mərkəz üzrə 121 nəfər - Ağcabədi, Balakən, Şamaxı, Tovuz, Gəncə və Bakı

  2. 24 aprel - 8 may, 6 mərkəz üzrə 113 nəfər - Biləsuvar, Salyan, Zaqatala, Bərdə, Kürdəmir və Şəmkir

  3. 14 may - 28 may, 6 mərkəz üzrə 121 nəfər - Sumqayıt, Ağdaş, Lənkəran, Masallı, Quba və Şəki

İKT Kursu aşağıdakı 14 mövzunu əhatə edir:

  1. Əlavə (köməkçi) qurğuların qoşulması və istifadə olunması(printer, proyektor, interaktivlövhə, datakart, mobil telefonvə s.);

  2. Windows Əməliyyat sisteminin Standart proqramları;

  3. İş masası. Faylvə qovluqlar. Mübadilə buferi (Clipboard);

  4. MS Paint qrafik redaktoru;

  5. Microsoft Office proqramları ilə tanışlıq;

  6. Microsoft Office Word proqramında mətnlərin yardılması;

  7. Microsoft Office Excel hesabat cədvəllərinin yaradılması;

  8. İnternet haqqında ümumi anlayışlar;

  9. İnternetdə informasiyanın (şəkil, video, məqalələr, sənədlər və s.) axtarışı. Axtarış sistemləri;

  10. Şəkillər üzərində iş;

  11. Zoomla görüşlərin təşkili və qoşulması

  12. Sosial şəbəkələr;

  13. Google alətləri (gmail, drive, translate, map və s.);

  14. Youtube-dan video yükləmə və videoların redaktə olunması