top of page

Tərbiyəçi-müəllimlərin peşəkar inkişafı – Təlimlər


11 aprel tarixindən etibarən 50 rayon və şəhərdən layihə çərçivəsində çalışan 180 tərbiyəçi-müəllim məktəbəqədər təhsillə bağlı təlimlərə cəlb olunmuşdur.

Təlimlərin məqsədi layihə çərçivəsində ötən illərdə çalışan tərbiyəçi-müəllimlərin peşəkar inkişafını təmin etməkdir.

Bu təlimlərdə tərbiyəçi müəllimlər aşağıdakı mövzularda bilik və bacarıqlarını inkişaf etdirəcəklər:

  1. "İcma əsaslı məktəbəqədər təhsil" tədris proqramı ilə iş

  2. Guşələr və sərbəst fəaliyyət

  3. Valideynlərlə iş

  4. Təşəbbüslərin icra olunması

  5. Teatrın uşaq inkişafında rolu

  6. Kuklaların hazırlanması və dərs prosesində tətbiqi

  7. Uşaqların inkişaf mərhələləri

  8. Ünsiyyətin inkişafı

Təlimlər 21 aprelə qədər davam edəcək.


bottom of page