Valideynlər üçün onlayn təlimlər

Martın 10-dan etibarən “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində fəaliyyət göstərən qrupların valideynləri üçün onlayn təlimlər keçirilir.

Martın 15-nə qədər 400-ə yaxın valideynin qoşulduğu təlimlərin məqsədi valideynləri erkən uşaq inkişaf mövzusunda maarifləndirməkdir. Eləcə də valideynlərin bu mövzuda sualları cavablandırılır. Ümumilikdə təlimlərdə 700-ə yaxın valideynin iştirakı gözlənilir.


Təlimlər ADPU-nun Şəki, Cəlilabad, Quba, Şamaxı filiallarının müəllimləri: Dürdanə Əliyeva, Şəlalə Seyidova, Səkinəxanım Xasıyeva, Səbinə İsmayılova, Mətanət Həkimi, Leyla Nuruyeva, Pakizə Əliyeva, Sənubər Şükürova tərəfindən həyata keçirilir.


Qeyd edək ki, fəaliyyət göstərdiyi bütün illərdə “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi valideynlər üçün davamlı olaraq müxtəlif mövzularda təlimlər keçirib.


#EduGovAz #ARTİ # İcmaƏsaslıMəktəbəqədərTəhsil