ilk5il-in yaradılmasında əsas məqsəd valideynləri övladlarının 5 yaşına qədərki dövrünə dair müxtəlif mövzularda maarifləndirməkdir. ilk5il platforması “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsi çərçivəsində yaradılmışdır.
“İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində UNİCEF-in maliyyə və Təhsil Nazirliyinin dəstəyi ilə “Oynayırıq və öyrənirik” adlı teledərslər yaradılmışdır.
Teledərslərdə uşaqlara mövzulara dair nəzəri məlumatlar verilməklə yanaşı onların kiçik və böyük matorikasının inkişafı üçün praktiki məşğələlər də təqdim olunur.
İlk öncə onu bildirimki oğlum Daun sindromu ilə doğulub və oğlumun icmaya qəbulu mənim üçün oğlumun ilk uğuru idi. Əlbəttəki onun onun icmada öyrəndikləri, hərəkətləri bizim üçün böyük sevinc oldu.