top of page

Təlimlər

Azərbaycan Dövlət Pedaqoji Universiteti və "İcma əsaslı məktəbəqədər təhsil" layihəsinin əməkdaşlığı çərçivəsində

TƏRBİYƏÇİ-MÜƏLLİMLƏR ÜÇÜN PEDAQOJİ KURS

İcma əsaslı məktəbəqədər təhsilin inkişafı

TƏRBİYƏÇİ-MÜƏLLİMLƏR ÜÇÜN TƏLİMLƏR

“İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsində çalışan bütün tərbiyəçi-müəllimlər üçün ildə 3 dəfə hər biri 2 gün davam edən təlim müddətində tərbiyəçi-müəllimlər sinfin idarə olunması, sinfin tərtibatı, inklüziv təhsillə bağlı ilkin məlumatlar, incəsənət terapiyası, ilkin İT bacarıqları, ilk tibbi yardım mövzlarında təlimlər keçirilir. Təlimlər interaktiv təlim metodlarına uyğun olaraq qruplarla iş, müxtəlif simulyasiyalar, rol oyunları, müzakirələr və s. formatında həyata keçirilir.

İcma əsaslı məktəbəqədər təhsilin inkişafı

MENTORLAR ÜÇÜN TƏLİMLƏR

Təlimlərdə İcma Mərkəzlərində çalışacaq tərbiyəçi-müəllimlərə mentorluq etmək üçün seçilmiş mentor-müəllimlərə mentorluq, müşahidə və onun aparılması, sinif necə tərtib olunmalıdır, kommunikasiya, effektiv ünsiyyət bacarıqları, geri dönüş və rəy bildirmə, hesabatlılıq, konfliktlərin həll olunması mövzularında nəzəri və praktik bacarıqlar öyrədilir. Təlimlər interaktiv təlim metodlarına uyğun olaraq qruplarla iş, müxtəlif simulyasiyalar, rol oyunları, müzakirələr və s. formatında həyata keçirilir. 

Məktəbəqədər təhsildə STEAM

“İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsində çalışan mentorlar üçün 3 günlük “STEAM” layihəsi tərəfindən təlimlər keçirilib.

 

Təlimlərin əsas məqsədi STEAM layihəsinin məktəbəqədər təhsildə tətbiq oluna biləcək tədris komponentlərinin mentorlar vasitəsilə tərbiyəçi-müəllimlərə çatdırmaq olmuşdur.

Ətraflı: www.icmalayihesi.edu.az/post/mektebeqeder-steam-telimi

IMG_3263.jpeg

Təlimin əsas məqsədi yaş xüsusiyyətləri ilə bağlı uşaqların inkişaf dövrü, məktəbəqədər təhsilin əhəmiyyəti, burada valideynin rolu və bir sıra müxtəlif mövzuları əhatə edir . Təlim zamanı valideyn fəaliyyətləri ilə bağlı video dəsrlər nümayiş etdirilir. Təlimlərdə  İcma əsaslı Uşaq Təhsil Mərkəzlərinə cəlb edilmiş uşaqların valideynləri iştirak edirlər.

İcma əsaslı məktəbəqədər təhsilin inkişafı

VALİDEYNLƏR ÜÇÜN TƏLİMLƏR

bottom of page