top of page

Uşaqlar üçün vəsaitlər

Screen Shot 2021-03-04 at 17.13.11-min.p

Nazlı və dostları

"Nazlı və dostları" adlı məktəbəqədər yaşlı uşaqlar üçün verilişdir. Uşaqların marağını cəlbedəcək rəngarəng səhnələr, eləcə də maraqlı informasiyalarla dolu "Nazlı və dostları" hər həftə müxtəlif mövzularla uşaqların görüşünə gələcək. Bütün epizodlar televiziyada yayımlandıqdan sonra "YouTube" kanalımızda və "Facebook" səhifəmizdə paylaşılacaqdır. Nəzərinizə çatdırmaq istərdik ki, "Nazlı və dostları" adlı uşaqlar üçün veriliş "İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi çərçivəsində hazırlanmışdır.

İzləmək üçün aşağıdakı düyməyə klik edin.

Oynayırıq və öyrənirik

“İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində UNİCEF-in maliyyə və Təhsil Nazirliyinin dəstəyi ilə “Oynayırıq və öyrənirik” adlı teledərslər yaradılmışdır.

Teledərslərdə uşaqlara mövzulara dair nəzəri məlumatlar verilməklə yanaşı onların kiçik və böyük matorikasının inkişafı üçün praktiki məşğələlər də təqdim olunur. 

İzləmək üçün aşağıdakı düyməyə klik edin.

SC_psd.jpg

Nağıl bağı

Screen Shot 2021-11-01 at 22.02.10.png

"Nağıl bağı" verilişi "İcma əsaslı məktəbəqədər təhsil" layihəsi çərçivəsində hazırlanan uşaqlar üçün nağıllar seriyasıdır. Nağılların seçimində uşaqların səmərəli, əyləncəli vaxt keçirilməsi ilə yanaşı müxtəlif müsbət xasiyyət və xüsusiyyətlərə yiyələnməsi əsas götürülüb.

 

Nağılı səsləndirənlər arasında Respublikanın Xalq Artistləri Kazım Abdullayev, Səidə Quliyeva, əməkdar artistlər Qurban Məsimov, Elşən Rüstəmov, Hüsniyyə Mürvətova və digər tanınmış aktyorlar yer almaqdadır.

bottom of page