İşə Qəbul
İcma Əsaslı Məktəbəqədər Təhsil Layihəsi üzrə 2026 - 2027-ci tədris ili üzrə Müəllimlərin İşə Qəbulu Başlayır
2026/27 tədris ili üçün müəllimlərin işə qəbulu qaydaları:
Elan
-
İcma Əsaslı Məktəbəqədər Təhsil Layihəsi çərçivəsində müəllimlərin işə qəbulu prosesi elektron qaydada həyata keçiriləcəkdir.
-
İşə qəbulda iştirak etmək istəyən namizədlər vakansiya.ilk5il.az platforması üzərindən qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, şəxsi və peşə məlumatlarını sistemə daxil etməli, tələb olunan sənədləri elektron qaydada yükləməli və müraciətlərini təsdiq etməlidirlər.
-
İşə qəbul prosesi şəffaflıq, obyektivlik və bərabər imkanlar prinsipləri əsasında təşkil olunur və aşağıdakı mərhələləri əhatə edir:
-
vakansiya.ilk5il.az platformasında qeydiyyat və şəxsi kabinetin yaradılması;
-
Şəxsi məlumatların və tələb olunan sənədlərin sistemə əlavə edilməsi;
-
Vakansiyaların seçilməsi və elektron müraciətin təsdiqlənməsi;
-
Namizədlərin qiymətləndirilməsi (imtahan və/və ya müsahibə mərhələləri);
-
Uğur qazanan namizədlərin müvafiq vakant vəzifələrə yerləşdirilməsi.
-
Namizədlər şəxsi kabinetləri vasitəsilə müraciətlərinin statusunu izləyə, imtahan və müsahibə tarixləri, nəticələr, eləcə də digər vacib bildirişlərlə tanış ola bilərlər.
-
Qeydiyyat və müraciət prosesi ilə bağlı texniki çətinlik yarandığı halda namizədlər saytın Texniki dəstək bölməsi vasitəsilə müraciət edə və ya Tez-tez verilən suallar bölməsində yerləşdirilmiş məlumatlardan istifadə edə bilərlər.
-
İşə qəbul prosesi ilə bağlı bütün yeniliklər, elanlar və vacib məlumatlar mütəmadi olaraq İcma Əsaslı Məktəbəqədər Təhsil Layihəsinin rəsmi internet səhifəsində və sosial media hesablarında paylaşılacaq.
Namizəd üçün meyarlar
-
3-5 yaşlı uşaqlarla işləməyə həvəsi, bilik və bacarıqları olanlar;
-
Hər kəs müraciət edə bilər. Məktəbəqədər təhsil üzrə ali və ya orta ixtisas təhsilli şəxslərə üstünlük verilir.
-
Həftədə 4 dəfə 2 saat müddətində tədris etməyə zamanın olması.
Bütün namizədlərə uğurlar arzulayırıq!
İcma əsaslı təhsil qruplarına uşaq qəbulu qaydaları
Qəbul qaydaları
-
İcma mərkəzinin açılması təsdiqləndikdən və müəllim seçildikdən sonra mərkəzə uşaqların qəbulu başlanır.
-
Müvafiq ilə uyğun olaraq 3 və 4 yaşı tamam olmuş Azərbaycan Respublikasının vətəndaşları icmaya qəbul olunur.
-
Uşaqların qeydiyyatı icma müəllimi tərəfindən aparılır.
-
Qeydiyyat zamanı hər bir valideyn uşağa aid aşağıdakı sənədləri təqdim etməlidir
-
Mərkəzə qəbul ilə bağlı valideynlərin (himayədarların) yazılı ərizəsi
-
Şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamənin surəti
-
2 ədəd 3x4 şəkil
-
Sağlamlıq durumu haqqında arayış
-
-
İcma müəlliminə müraciət edilmiş ilk 20 nəfər uşaq mərkəzə qəbul edilmiş sayılır.
-
20 uşaqdan çox müraciət olunarsa əlavə ehtiyat siyahı hazırlanır. Gələcəkdə hər hansı səbəbdən mərkəzdən xaric edilmiş uşaqların yerinə bu siyahı üzrə qəbul aparılır.
-
İstisna hallarda uşaqların sayı 25 nəfərə qədər çoxaldıla bilər. Bunun üçün aşağıdakı qaydalar gözlənilməlidir:
-
İcma müəlliminin şəxsi razılığı
-
İcma otağının ölçüsü
-
Müəllimə dəstək olacaq yetərincə valideyn köməkçisinin olması
-
Mərkəzdə minimum uşaq sayı 15, maksimum 25 ola bilər.
Xaric etmə halları
Aşağıda qeyd olunmuş hallarda uşaq mərkəzdən xaric edilə bilər:
-
Valideyn 1 ay müddətində zəruri sənədləri təqdim etməzsə
-
Uşaq 1 ay müddətində üzrsüz səbəbdən mərkəzə gəlməzsə
-
1 ay müddətində uşağın valideyni (himayədarı) uşaq barədə hər hansı məlumat verməzsə
-
Xüsusi qayğıya ehtiyacı olan və ya hər hansı xəstəliyi (ürəkeçmə, astma və s.) olan uşaq valideynsiz mərkəzə gələrsə
Qeyd: Tədris ilinin hər hansı ayında uşaq çıxarsa yerinə uşaq qəbul etmək olar.