top of page
"İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi barədə ən çox soruşulan suallar və onların cavabları.
Zəhmət olmasa, sualların tam yüklənməsi üçün bir neçə saniyə gözləyin.
Layihə erkən inkişafetdirici təlimin uşağın intellektual bacarığının yaxşılaşmasına müsbət təsir etməsini və onun məktəbdəki akademik göstəricilərinə və gələcəkdə əmək bazarında uğur qazanmasına zəmin yaratmasını nəzərə alaraq yaradılıb. 2017-2018-ci illərdə Avropa İttifaqının maliyyə dəstəyi və UNİCEF-in dəstəyi ilə, 2019-ci ildən etibarən isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) tərəfindən həyata keçirilir.
İcma Mərkəzləri hal-hazırda 50 şəhər və rayonda yerləşir: Ağcabədi, Ağdam, Ağdaş, Ağstava, Ağsu, Astara, Bakı, Balakən, Bərdə, Beyləqan, Biləsuvar, Cəlilabad, Füzuli, Gədəbəy, Goranboy, Göyçay, Göygöl, Hacıqabul, İmişli, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Oğuz, Qax, Qazax, Qəbələ, Qobustan, Quba, Qusar, Lerik, Saatlı, Sabirabad, Samux, Şabran, Şəki, Salyan, Şamaxı, Şəmkir, Şirvan, Tərtər, Tovuz, Ucar, Xaçmaz, Yardımlı, Yevlax, Zaqatala, Zərdab.
İcma sinifləri müvafiq olaraq müəyyən olunmuş rayonların kənd məktəblərində fəaliyyət göstərir. İcma siniflərinə 3-4 yaşlı uşaqlar qəbul olunurlar. Uşağı icma siniflərinə qəbul etməklə bağlı yerli təhsil şöbəsinə və müvafiq olaraq rayon koordinatoruna müraciət etmək lazımdır. Qəbul şərtləri ilə bağlı bu linkə daxil olun: www.icmalayihesi.edu.az/qebul(https://www.icmalayihesi.edu.az/qebul)
bottom of page