top of page
Xəbərlər


İŞƏ QƏBUL FORMUNUN DOLDURULMASI ÜZRƏ TƏLİMAT
“İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi üzrə 2026 - 2027-ci tədris ili üzrə işə qəbul müsabiqəsi üzrə seçilmiş və ehtiyat namizədlərin şəxsi məlumatlarının, təhsil və əmək fəaliyyəti barədə məlumatlarının, habelə işə qəbul prosesində nəzərə alınması zəruri olan digər məlumatların toplanması məqsədilə vakansiya.ilk5il.az portalında “İşə qəbul formu” bölməsi yaradılmışdır. Namizədlərdən şəxsi kabinetlərində bu bölmədəki məlumatları diqqətlə oxumaları, müvafiq sah
12 dakika önce


İcma Tərəfdaşlıq Modeli üzrə müraciət müddəti uzadıldı!
Məktəbəqədər təhsil imkanlarının genişləndirilməsi məqsədilə İcma Layihəsi uşaq inkişaf mərkəzlərini, məktəbəqədər və məktəbə hazırlıq təhsil xidmətləri təklif edən, eləcə də uyğun məkanı olan şəxsləri əməkdaşlığa dəvət edir. Tərəfdaş nə təqdim edir? 🏠 Təlim otağı 🪑 Mebel, inventar və zəruri ləvazimatlar 👩🏫 Müəllim namizədi İcma Layihəsi nə təmin edir? 📚 Müəllimin maliyyələşdirilməsi və metodiki dəstək 👩🏫 Tədris proqramı 💻 Elektron portal üzərindən qeydiyyat və fəal
2 gün önce


İCMA LAYİHƏSİNƏ TƏRƏFDAŞ OLUN!
Mövcud məkanınızda məktəbəqədər təlim qruplarının təşkilinə dəstək olun! İcma Əsaslı Məktəbəqədər Təhsilin İnkişafı Layihəsi məktəbəqədər təlimə çıxış imkanlarının genişləndirilməsi məqsədilə uşaq inkişaf mərkəzlərini, məktəbəqədər təhsil və təlim xidmətləri göstərən müəssisələri, təlim mərkəzlərini, sahibkarları, fiziki və hüquqi şəxsləri əməkdaşlığa dəvət edir. Bu əməkdaşlıq çərçivəsində tərəfdaşların mövcud və uyğun məkanlarında İcma Layihəsinin məktəbəqədər təlim qrupları
15 Eyl


İcma əsaslı məktəbəqədər təhsil layihəsi üzrə işə qəbul – Müsahibə mərhələsi
İcma əsaslı məktəbəqədər təhsil layihəsi üzrə işə qəbul prosesində növbəti mərhələ müsahibə mərhələsidir. Müsahibənin əsas məqsədi namizədin məktəbəqədər təhsil sahəsində fəaliyyət üçün zəruri olan peşəkar biliklərini, pedaqoji yanaşmasını, uşaqlarla işləmək bacarığını, ünsiyyət və əməkdaşlıq qabiliyyətini, məsuliyyətini və situasiyalara uyğun qərarvermə bacarığını qiymətləndirməkdir. Müsahibəyə dəvət olunan namizədlər müsahibənin tarixi, saatı və onlayn qoşulma linki barədə
31 Ağu


İmtahan nəticələri ilə bağlı məlumat
İcma əsaslı məktəbəqədər təhsil layihəsi üzrə işə qəbul imtahanında iştirak edən namizədlər nəticələri şəxsi kabinetləri vasitəsilə nəzərdən keçirə bilərlər. Nəticəsi şəxsi kabinetində əks olunmayan namizədlər yaranmış problemlə bağlı elektron portalın “Texniki dəstək” bölməsindən müraciət edə bilərlər. Müraciət zamanı məsələnin daha operativ araşdırılması və problemin müəyyənləşdirilməsi üçün namizədlərdən aşağıdakı məlumatları tam və düzgün şəkildə qeyd etmələri xahiş olunu
26 Ağu


İcma əsaslı məktəbəqədər təhsil layihəsi üzrə imtahan nəticələri açıqlanıb
İcma əsaslı məktəbəqədər təhsil layihəsi üzrə 2026 - 2027-ci tədris ili üzrə işə qəbul imtahanının nəticələri açıqlanıb. İmtahanda iştirak edən namizədlər nəticələri şəxsi kabinetlərinə daxil olmaqla görə bilərlər. İmtahan nəticələrinə əsasən uğur qazanan namizədlərlə layihə çərçivəsində növbəti mərhələlər üzrə müvafiq işlər həyata keçiriləcək. İmtahanda iştirak edən bütün namizədlərə təşəkkür edir, növbəti mərhələdə uğurlar arzulayırıq.
25 Ağu


İcma əsaslı məktəbəqədər təhsil layihəsi çərçivəsində 2026 - 2027-ci tədris ili üzrə işə qəbul üzrə imtahan mərhələsi keçirilib
İcma əsaslı məktəbəqədər təhsil layihəsi çərçivəsində 2026 - 2027-ci tədris ili üzrə işə qəbul prosesinin imtahan mərhələsi 5 avqust 2026-cı il tarixində keçirilib. Bu il layihə üzrə işə qəbul prosesində mühüm yenilik tətbiq olunub. Belə ki, İcma əsaslı məktəbəqədər təhsil layihəsi çərçivəsində işə qəbul üçün müraciətlərin elektron qaydada qəbulu ilk dəfə həyata keçirilib. Namizədlərin qeydiyyatı və müraciətlərin qəbulu xüsusi olaraq yaradılmış vakansiya.ilk5il.az elektron po
5 Ağu


İcma Əsaslı Məktəbəqədər Təhsil - İmtahan Mərhələsi
İcma Əsaslı Məktəbəqədər Təhsil layihəsi üzrə tərbiyəçi-müəllim vəzifəsinə daxil olmuş müraciətlər hazırda qiymətləndirilmə mərhələsindədir. 📌 24 iyul 2026-cı il tarixinədək bütün müraciətlərə baxılacaq və nəticələr namizədlərin şəxsi kabinetlərində əks olunacaq. Müraciəti növbəti mərhələyə uyğun hesab edilən namizədlərin şəxsi kabinetlərinə aşağıdakı məlumatlar göndəriləcəkdir: ✅ İmtahanın keçirilməsi barədə təlimat; ✅ İmtahanın tarixi; ✅ İmtahanın vaxtı; ✅ İmtahanın keçiri
21 Tem


MÜRACİƏT MÜDDƏTİ UZADILDI!
İcma Əsaslı Məktəbəqədər Təhsil qruplarında müəllim vəzifələrinə işə qəbul üçün müraciət müddəti uzadılıb. Əgər hələ müraciətinizi tamamlamamısınızsa, bu sizin üçün əlavə imkandır! 🔹 Qeydiyyatdan keçin; 🔹 Müraciətinizi tamamlayın; Məqsədimiz daha çox namizədin işə qəbul prosesində iştirakını təmin etmək və bütün vakansiyalar üzrə geniş seçim imkanları yaratmaqdır. 📌 Müraciətlərinizi son tarixədək vakansiya.ilk5il.az portalı üzərindən edə bilərsiniz. Hər bir namizədə uğurla
17 Tem


İcma Əsaslı Məktəbəqədər Təhsil qrupları üzrə İşə Qəbul Portalından İstifadə Təlimatı
İcma Əsaslı Məktəbəqədər Təhsil qruplarında müəllimlərin işə qəbulu prosesində namizədlərin qeydiyyat, müraciət və müraciətin izlənilməsi mərhələlərini rahat və düzgün şəkildə tamamlamaları məqsədilə bu istifadə təlimatı hazırlanmışdır. Təlimatda vakansiya.ilk5il.az portalından istifadə qaydaları addım-addım izah olunur və hər bir mərhələ şəkillərlə müşayiət edilir. Təlimat vasitəsilə aşağıdakı mərhələlər haqqında ətraflı məlumat əldə edə bilərsiniz: Qeydiyyat Şəxsi Kabinet E
15 Tem
bottom of page