top of page

10–13 Noyabr tarixlərində tərbiyəçi-müəllimlər üçün təlimlər keçirilib

2022 – 2023 tədris ilində “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində tərbiyəçi-müəllimlərin peşəkar inkişafı məqsədilə 10 – 13 Noyabr tarixlərində təlimlər keçirilmişdir.


Belə ki, təlimlərin əsas məqsədi müəllimlərin məktəbəqədər təhsillə bağlı bilik və bacarıqlarının artırılması, fərdi inkişafının təşkili, zəruri məlumatların çatdırılması olub. Təlimlərə 40 şəhər və rayondan 115 nəfər yeni işə başlamış tərbiyəçi-müəllim cəlb olunub. Cari tədris ilində bu sayca ikinci təlimdir və bu təlimdə aşağıdakı mövzuları əhatə edilib:

· Tədris Proqramı və onun tətbiqi

· İnklüziv təhsil

· Erkən yaşlı uşaqlarda davranış pozuntuları

· Sinfin idarə olunması – guşələrlə iş

· Uşaq inkişafı, sağlam qidalanma və gündəlik rejim

· Nağılların uşaq inkişafında rolu və əhəmiyyəti

· Uşaq inkişafının qiymətləndirilməsi


Əlavə olaraq qeyd edək ki, birinci təlimlər sessiyası bu ilin 5-9 sentyabr tarixlərində baş tutmuşdu. Təlimlərdə 40 şəhər və rayondan 110-a yaxın tərbiyəçi-müəllim iştirak etmişdi.

 

bottom of page