top of page

Məktəbəqədər təhsil üzrə pedaqoji kursların təşkili ilə bağlı birgə layihə

Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən icra olunan "İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə əməkdaşlığı çərçivəsində məktəbəqədər təhsil üzrə pedaqoji kursların təşkili ilə bağlı layihəyə start verilib. Layihənin məqsədi regionlarda “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsində fəaliyyət göstərən tərbiyəçi-müəlllimlərin erkən yaşlı uşaqların inkişafı ilə bağlı təlimləndirmək və onları yerlərdə bu istiqamətdə kurslara cəlb etməklə bilik və bacarıqlarını artırmaqdır. Bununla bağlı olaraq, məktəbəqədər təhsil sahəsində ixtisaslaşmış mütəxəssislər tərəfindən 108 saatlıq pedaqoji təlim kursu proqramı hazırlanmışdır.


2020-ci ildə ADPU-nun Şamaxı, Ağcabədi, Cəlilabad, Şəki və Quba filiallarında çalışan müəllimlər arasında müsahibə keçirilərək təlimçi-müəllimlər seçilmişdir. Seçilmiş 21 təlimçi-müəllimlər 21 iyun-4 iyul tarixləri aralığında 9 günlük təlimlərə cəlb olunublar. Onlar isə öz növbəsində 108 saatlıq pedaqoji təlim kursunu növbəti tədris ilində ADPU-nun müvafiq filiallarında “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsində çalışan tərbiyəçi-müəllimlərinə keçəcəklər.


Pedaqoji təlim kursuna daxil mövzular:

  1. Milli Erkən Yaşlılar üçün Təhsil Kurikulumuna giriş və Standartlar

  2. Erkən Uşaq Təhsili və Uşağın İnkişafı

  3. Öyrətmə strategiyaları, Planlaşdırma və Qiymətləndirmə/müşahidə

  4. İnklüzivlik və Fərqlilik

  5. Ailələrlə əməkdaşlıq və Valideynlərin cəlb olunması

  6. Erkən Uşaq Təhsili Kurikulumundan məzmundan kənar dərslərin yaradılması

  7. Erkən Uşaq Təhsili Kurikulumunun Praktiki Tətbiqi

  8. Erkən Uşaq Təhsili Kurikulumunun Praktiki Tətbiqinin Planlaşdırılması






bottom of page