2020-21-ci tədris ilində layihə çərçivəsində çalışacaq mentorların seçimi başa çatıb.

2020-21-ci tədris ilində “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsində çalışacaq mentorların seçimi başa çatıb.

16-19 sentyabr tarixlərində layihə çərçivəsində çalışacaq mentorların qəbulu üzrə müsabiqə mərhələsi keçirilib. Müsabiqə mərhələsi ölkənin 14 şəhər və rayonunda 83 namizəd arasında baş tutub. Müsabiqə mərhələsi imtahan formatında olaraq müddəti 90 dəqiqə təşkil edib. Belə ki, imtahan 3 əsas mövzunu əhatə edib: məntiq və riyazi biliklər, psixoloji qiymətləndirmə və situativ qərarvericilik qabiliyyəti.

İmtahanı uğurla keçmiş 53 namizəd müsahibəyə dəvət olunub. Oktyabrın ilk həftəsində baş tutmuş müsahibələr layihə əməkdaşları tərəfindən onlayn qaydada aparılıb. Sonda müsahibədən uğurla keçən 21 namizəd mentor kimi fəaliyyətə başlayıblar.

Qeyd edək ki, İcma əsaslı məktəbəqədər təhsil mərkəzlərində çalışan tərbiyəçi-müəllimlərin iş keyfiyyətinin və mərkəzin ümumi texniki-infrastrukturunun monitorinqi mentorların başlıca vəzifəsidir. Əlavə olaraq, mentorlar mərkəzlərdə gedən tədris prosesi ilə yaxından tanış olur və tərbiyəçi-müəllimlərə lazımı köməkliyi göstərirlər. Seçilmiş mentorların yuxarıda qeyd olunmuş işlərin görülməsində tələb olunan lazımı bilik və bacarıqlara yiyələnməsi üçün tədris ili ərzində layihə tərəfindən təşkil olunan təlimlərdə iştirak edəcəklər.



1/4

© 2020 by İcma əsaslı Məktəbəqədər Təhsilin İnkişafı

  • Facebook
  • YouTube