top of page

Tərbiyəçi-müəllimlər üçün növbəti təlimlər sessiyası

Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində müəllimlər üçün təlimlər keçirilib.


2021-ci il 10, 11 iyun tarixlərində Quba, Xaçmaz, Goranboy, Ağcabədi, Salyan, Biləsuvar, Masallı, Cəlilabad, Şəmkir, Sabirabadda yerləşən 50 icmanın müəllimləri üçün təlimlər təşkil olunub. İnteraktiv təlim metodlarına - qruplarla iş, müxtəlif simulyasiyalar, rol oyunları və müzakirə formatlarına uyğun olaraq aşağıdakı mövzularda təlimlər keçirilib:


1) Məktəbəqədər yaşlı uşaqlarla oyunlarla praktiki oyunlar.

2) İbtidai sinif müəllimləri ilə birgə əməkdaşlıqlar və məktəbdə ibtidai təhsilin yaxşılaşdırılması ilə bağlı fəaliyyətlərin təşkili.

3) İcma əsaslı məktəbəqədər təhsil qruplarında müsbət sosial mühitin yaradılması və uşaqlarda sosiallaşmanın artımı yolları.

4) İcma valideynlərinin qruplardakı

tədris prosesinə düzgün cəlb etmə yolları və uyğun fəaliyyətlər.

5) Məktəbəqədər təhsildə teatr: Qruplarda teatrın təşkili və teatr vasitəsilə uşaq tərbiyələndirilməsi.

6) Əl kuklalarının hazırlanması və tədrisdə istifadə yolları.



bottom of page