Uşaq inkişafı prinsipləri və nəzəriyyələri | Valideynlər üçün vebinar

ADA Universitetinin baş müəllimi Ülviyyə Mikayılova tərəfindən "Uşaq inkişafı prinsipləri və nəzəriyyələri" adlı vebinar keçiriləcək.


Tarix: 5 Mart; Saat: 20:00

Baxmaq üçün link: https://youtu.be/4vmVd9mvPTo


Vebinar haqqında: Uşağın inkişaf sahələri üzrə bilgilər balaca uşaqların təlimləndirilməsi və tərbiyə edilməsi üçün bünövrəni təşkil edir. Beynin sağlam inkişafının dərk edilməsi də həmçinin bununla bağlıdır.

Beynin sağlam inkişafı sağlam insani əlaqələrin nəticəsidir. Pozitiv stimullar beynin inkişafında başlıca amildir. Bu stimullar uşaq anadan olduğu andan etibarən başlanır. Bu səbəbdən, sevən valideynlərə və tərbiyəçilərə malik olmaq uşaqlar üçün həyati əhəmiyyət kəsb edir. Belə ki, vebinarda uşaq inkişafı, onun əhəmiyyəti və bu barədə olan prinsiplər, nəzəriyyələr barədə danışılacaq. İnsanların necə inkişaf etmələri haqqında nəzəriyyənin başa düşülməsi uşaqların tərbiyəsi üçün vacib olan baza biliklərini formalaşdırır. Müvafiq təlim və tərbiyənin planlaşdırılması məhz bu biliklər əsasında qurulur.


Təlimçi haqqında: Ülviyyə Mikayılova fizika və fizikanın tədrisi üzrə Bakı Dövlət Universitetini fərqlənmə ilə bitirib. Məktəbəqədər təhsildə liderlik və menecment üzrə Böyük Britaniyanın Mançester Universitetindən Magistr dərəcəsini qazanmışdır (2014). Tbilisi Dövlət Universitetindən Biologiya elmləri namizədi dərəcəsinə malikdir (1990).

Hazırda ADA Universitetinin Təhsil fakültəsində baş müəllim vəzifəsində çalışır. 2014-cü ildən Ülviyyə Mikayılova Moskva ali iqtisadi və sosial elmlər institutunun dəvət olunmuş müəllimi kimi çalışır. Xarici və yerli elmi nəşrlərdə dərc olunmuş məqalələrin müəllifidir.


Vebinar "İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi tərəfindən valideynlərin maarifləndirilməsi məqsədilə keçirilir.