İcma Tərəfdaşlıq Modeli üzrə müraciət müddəti uzadıldı!
Məktəbəqədər təhsil imkanlarının genişləndirilməsi məqsədilə İcma Layihəsi uşaq inkişaf mərkəzlərini, məktəbəqədər və məktəbə hazırlıq təhsil xidmətləri təklif edən, eləcə də uyğun məkanı olan şəxsləri əməkdaşlığa dəvət edir.

Tərəfdaş nə təqdim edir?
🏠 Təlim otağı
🪑 Mebel, inventar və zəruri ləvazimatlar
👩🏫 Müəllim namizədi
İcma Layihəsi nə təmin edir?
📚 Müəllimin maliyyələşdirilməsi və metodiki dəstək
👩🏫 Tədris proqramı
💻 Elektron portal üzərindən qeydiyyat və fəaliyyətin idarə olunması
🔎 Monitorinq və keyfiyyətə nəzarət
Model necə fəaliyyət göstərir?
Bir təlim otağında gün ərzində 3 qrupa qədər fəaliyyət təşkil oluna bilər. Hər qrupda 10 (min) – 15 (max) uşaq iştirak edir və qruplar təsdiq edilmiş qrafik üzrə fəaliyyət göstərir. Təlim 8 ay (oktyabr–may) ərzində həyata keçirilir.
Mövcud məkanınız və imkanlarınız varsa, bu fürsətdən yararlanaraq İcma Layihəsinə tərəfdaş olun və məktəbəqədər təhsilin daha çox uşaq üçün əlçatan olmasına töhfə verin.
Müraciət linki: https://forms.cloud.microsoft/Pages/ResponsePage.aspx...
Son müraciət tarixi 26 Oktyabr, 23:45 qədər uzadılmışdır.