İcma Əsaslı Məktəbəqədər Təhsil - İşə Qəbul - 2026-2027
- 6 Tem
- 1 dakikada okunur

2026–2027-ci tədris ili üzrə İcma əsaslı məktəbəqədər təhsil qruplarında fəaliyyət göstərəcək müəllimlərin (tərbiyəçilərin) seçimi üçün elektron müraciət prosesi başlamışdır.
Namizədlərin müraciətləri yalnız işə qəbul portalı vasitəsilə qəbul edilir. Müraciət etmək istəyən şəxslər ilk növbədə sistemdə şəxsi kabinet yaratmalı, daha sonra şəxsi məlumatlarını və tələb olunan sənədləri sistemə daxil edərək uyğun vakansiyanı seçməlidirlər.
Namizədlərin müraciət prosesini asanlaşdırmaq məqsədilə şəxsi kabinetin yaradılması və elektron müraciət qaydasını izah edən təlimat videosu hazırlanmışdır. Müraciət etməzdən əvvəl həmin video ilə tanış olmağınız tövsiyə edilir.
Müraciət qaydası
İşə qəbul portalına daxil olun.
Şəxsi kabinet yaradın.
Şəxsi məlumatlarınızı və tələb olunan sənədləri sistemə əlavə edin.
Vakansiyanı seçərək elektron müraciətinizi təsdiqləyin.
Şəxsi kabinetiniz vasitəsilə müraciətinizin statusunu izləyin.
Seçim zamanı üstünlük verilən namizədlər
Seçim prosesində aşağıdakı meyarlara uyğun namizədlərə üstünlük verilə bilər:
Məktəbəqədər təhsil, ibtidai təhsil, pedaqogika, psixologiya və digər uyğun ixtisaslar üzrə ali və ya orta ixtisas təhsilinə malik olanlar;
Məktəbəqədər yaşlı uşaqlarla iş təcrübəsi olanlar;
Vakansiyanın elan olunduğu yaşayış məntəqəsində və ya həmin icmada daimi yaşayan namizədlər;
Uşaqlarla işləmək bacarığı, yüksək ünsiyyət və təşkilatçılıq qabiliyyəti olanlar;
Komanda ilə işləmək, məsuliyyətli qərarlar qəbul etmək və təşəbbüskarlıq nümayiş etdirmək bacarığına malik olanlar;
Rəqəmsal bacarıqlara və elektron platformalardan istifadə təcrübəsinə malik olanlar.
Namizədlərin diqqətinə
Müraciətlər yalnız elektron sistem vasitəsilə qəbul edilir.
Müraciət zamanı təqdim edilən məlumatların düzgünlüyünə görə namizəd məsuliyyət daşıyır.
Yanlış, natamam və ya həqiqətə uyğun olmayan məlumat təqdim edildiyi aşkar edildiyi halda namizədin müraciəti etibarsız hesab edilə bilər.
Seçim prosesi və növbəti mərhələlərlə bağlı bütün bildirişlər namizədin şəxsi kabineti vasitəsilə təqdim ediləcəkdir.
Faydalı keçidlər
🔹 İşə qəbul portalı: https://vakansiya.ilk5il.az
🔹Təlimat videosu: https://youtu.be/aq5DUIYCXXs
Son tarix: 16.07.2026,
saat: 23.59
İcma əsaslı məktəbəqədər təhsil layihəsinə göstərdiyiniz marağa görə təşəkkür edir, bütün namizədlərə uğurlar arzulayırıq.