top of page

İcma əsaslı məktəbəqədər təhsil layihəsi çərçivəsində 2026 - 2027-ci tədris ili üzrə işə qəbul üzrə imtahan mərhələsi keçirilib

5 Ağu
1 dakikada okunur

İcma əsaslı məktəbəqədər təhsil layihəsi çərçivəsində 2026 - 2027-ci tədris ili üzrə işə qəbul prosesinin imtahan mərhələsi 5 avqust 2026-cı il tarixində keçirilib.


Bu il layihə üzrə işə qəbul prosesində mühüm yenilik tətbiq olunub. Belə ki, İcma əsaslı məktəbəqədər təhsil layihəsi çərçivəsində işə qəbul üçün müraciətlərin elektron qaydada qəbulu ilk dəfə həyata keçirilib. Namizədlərin qeydiyyatı və müraciətlərin qəbulu xüsusi olaraq yaradılmış vakansiya.ilk5il.az elektron portalı vasitəsilə həyata keçirilib.


Elektron qeydiyyat portalının tətbiqi işə qəbul prosesinin daha operativ, əlçatan və sistemli şəkildə təşkilinə imkan yaradıb. Namizədlər vakansiyalar barədə məlumat əldə edərək elektron qaydada qeydiyyatdan keçib və müraciətlərini portal üzərindən təsdiqləyiblər.



İşə qəbul prosesinə göstərilən yüksək marağın nəticəsi olaraq, elektron portal vasitəsilə 15 000-dən çox vətəndaş qeydiyyatdan keçib. Qeydiyyatdan keçənlər arasında 11 230 nəfər müraciətini təsdiqləyərək işə qəbul prosesində iştirakını rəsmiləşdirib.



Müraciətlərin qiymətləndirilməsi və müəyyən edilmiş tələblərə uyğun namizədlərin seçilməsi nəticəsində 6 232 nəfər işə qəbul imtahanında iştirak etmək üçün imtahan mərhələsinə dəvət olunub.


Beləliklə, bu il ilk dəfə elektron portal üzərindən təşkil olunan işə qəbul prosesi geniş namizəd kütləsini əhatə edib və layihəyə göstərilən yüksək ictimai marağı bir daha nümayiş etdirib.


5 avqust tarixində keçirilən imtahan mərhələsi namizədlərin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi və növbəti mərhələyə keçəcək şəxslərin müəyyənləşdirilməsi məqsədilə təşkil olunub.



İmtahan mərhələsinin nəticələrinə əsasən növbəti mərhələyə keçən namizədlərlə bağlı məlumatlar müvafiq qaydada təqdim ediləcək.


İcma əsaslı məktəbəqədər təhsil layihəsi çərçivəsində işə qəbul prosesinin elektronlaşdırılması müasir və şəffaf idarəetmə yanaşmalarının tətbiqi istiqamətində atılan mühüm addımlardan biridir.

 
 

2017 - 2026 | İcma əsaslı məktəbəqədər təhsil

bottom of page