top of page

İŞ ELANI

Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində keçiriləcək müəllimlərin təlimləri üçün peşəkar təlimçilər tələb olunur.



Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində keçiriləcək müəllimlərin təlimləri üçün peşəkar təlimçilər tələb olunur.


Layihə haqqında qısa məlumat:

“İcma əsaslı məktəbəqədər təhsil inkişafı” layihəsi Respublikanın 50 şəhər və rayonunun ucqar kənd məktəblərində 3-4 yaşlı uşaqlardan ibarət təşkil olunmuş məktəbəqədər qruplar formasında icra olunur. Layihənin əsas məqsədi ölkəmizin ucqar kəndlərində icma əsaslı vətəndaş qrupları vasitəsilə məktəbəqədər təhsilin əhatəliliyini artırmaq və valideynlərin məktəbəqədər təhsil xidmətlərinin monitorinqində fəal iştirakı ilə şəffaflığın, hesabatlılığın, eləcə də məktəb-cəmiyyət münasibətlərinin gücləndirilməsinə nail olmaqdır.


Namizəd üçün əsas tələblər:

• Məktəbəqədər təhsil və erkən inkişaf ilə bağlı nəzəri və praktiki təcrübənin olması;

• Təlimçilik və fasilitator (həmçinin online formatda) təcrübəsi;

• Auditoriya ilə iş və onun idarəolunması ilə bağlı bacarıq və təcrübə;

• Təhsildə qiymətləndirmə və bununla bağlı nəzəri və praktiki biliklər;

• Təlim modulları və proqramları, onların hazırlanması təcrübəsi;

• Təlim ehtiyaclarının müəyyən edilməsi üzrə bacarıqlar;

• İKT bilikləri;

• Virtual görüş və təlimlərin keçirilməsi ilə bağlı proqram və platformalardan anlayışlarının olması (Zoom,Google classroom,Google meet, MS Teams və ya digər);


Qeyd: Namizədin ehiyac olduğu təqdirdə regionlara səfər etmək imkanın olması üstünlük təşkil edir.


Kimlər müraciət edə bilər?

• Psixoloqlar və pedaqoqlar;

• Erkən uşaqlıq dövrü inkişafı üzrə mütəxəssislər;

• 3-4 yaşlı uşaqlarla iş ilə bağlı praktiki təcrübəsi olan müəllimlər.


Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 05 sentyabr 2020-ci il tarixinə kimi icma.layihesi@arti.edu.az elektron ünvanına göndərə bilərlər. Emailin ad (başlıq) hissəsində “Təlimçi” qeyd olunması xahiş olunur. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

See Less

bottom of page