İCMA LAYİHƏSİNƏ TƏRƏFDAŞ OLUN!
Mövcud məkanınızda məktəbəqədər təlim qruplarının təşkilinə dəstək olun!

İcma Əsaslı Məktəbəqədər Təhsilin İnkişafı Layihəsi məktəbəqədər təlimə çıxış imkanlarının genişləndirilməsi məqsədilə uşaq inkişaf mərkəzlərini, məktəbəqədər təhsil və təlim xidmətləri göstərən müəssisələri, təlim mərkəzlərini, sahibkarları, fiziki və hüquqi şəxsləri əməkdaşlığa dəvət edir.
Bu əməkdaşlıq çərçivəsində tərəfdaşların mövcud və uyğun məkanlarında İcma Layihəsinin məktəbəqədər təlim qruplarının fəaliyyəti təşkil ediləcək.
TƏRƏFDAŞ NƏ TƏQDİM EDİR?
🏠 Məktəbəqədər təlim üçün uyğun məkan
🪑 Mebel, inventar və zəruri tədris ləvazimatları
👩🏫 Layihədə çalışa biləcək müəllim
👧🧒 Məktəbəqədər təlimə ehtiyacı olan uşaqların cəlb olunmasına dəstək
İCMA LAYİHƏSİ NƏ TƏMİN EDİR?
👩🏫 Müəllimin layihəyə cəlb olunması və müvafiq maliyyələşmə
📚 Vahid tədris proqramı və metodiki dəstək
💻 Elektron portal üzərindən qeydiyyat və fəaliyyətin idarə olunması
🔎 Monitorinq və keyfiyyətə nəzarət
FƏALİYYƏT NECƏ TƏŞKİL OLUNUR?
🏠 1 təlim otağında – gündə 3 qrupa qədər fəaliyyət
👧🧒 Hər qrupda – 10–15 uşaq
👩🏫 Hər qrup üzrə – 1 müəllim
⏱️ Təlim məşğələləri – həftədə 4 gün, gündəlik 2 saatdan az olmamaqla
🔄 Eyni müəllim müəyyən edilmiş iş vaxtı və təlim yükü çərçivəsində bir neçə qrupda fəaliyyət göstərə bilər
📅 Tədris müddəti – 8 ay (oktyabr–may)
KİMLƏR MÜRACİƏT EDƏ BİLƏR?
Aşağıdakı imkanlara malik şəxslər və təşkilatlar müraciət edə bilərlər:
uşaq inkişaf mərkəzləri;
məktəbəqədər təlim və məktəbə hazırlıq xidmətləri təklif edən mərkəzlər;
fərdi sahibkarlar;
hüquqi və fiziki şəxslər;
MÜRACİƏT ZAMANI TƏQDİM OLUNMALI MƏLUMATLAR
📌 Tərəfdaş haqqında əsas məlumatlar
📌 Fəaliyyət göstərəcəyiniz rayon/şəhər və ünvan
📌 Məkanın barədə məlumatlar
📌 Mövcud mebel, inventar və tədris vəsaitləri barədə məlumat
📌 Layihədə fəaliyyət göstərəcək müəllim barədə məlumat
📌 Cəlb olunması planlaşdırılan uşaqların təxmini sayı
Qeyd: İlkin müraciət mərhələsində uşaqların tam fərdi məlumatlarının təqdim edilməsi tələb olunmur. Uşaqların qeydiyyatı və zəruri məlumatların təqdim edilməsi növbəti mərhələdə elektron sistem üzərindən həyata keçiriləcək.
NƏTİCƏDƏ
🏠 Mövcud məkanınız İcma Layihəsinə qoşulur
👧🧒 Yeni məktəbəqədər təlim qrupları təşkil olunur
👩🏫 Müəlliminiz layihəyə cəlb olunur
📚 Vahid proqram və standartlarla fəaliyyət göstərilir
💻 Qeydiyyat, davamiyyət və hesabat elektron sistem üzərindən aparılır
🔎 Monitorinq və keyfiyyətə nəzarət təmin olunur
🤝 Siz İcma Layihəsinin tərəfdaşına çevrilirsiniz
MÜRACİƏT EDİN
İcma Layihəsinə tərəfdaş olmaq və mövcud məkanınızda məktəbəqədər təlim qrupunun təşkilində iştirak etmək üçün aşağıdakı elektron formanı doldurun:
Son tarix: 21.09.2026
Saat: 23:59
Müraciətlərin qiymətləndirilməsi təqdim olunmuş məlumatlar, məkanın uyğunluğu, ərazidə məktəbəqədər təlimə olan tələbat, uşaqların sayı, müəllim və digər müəyyən edilmiş meyarlar əsasında həyata keçiriləcək.