İcma Əsaslı Məktəbəqədər Təhsil - İmtahan Mərhələsi
- 21 Tem
- 1 dakikada okunur

İcma Əsaslı Məktəbəqədər Təhsil layihəsi üzrə tərbiyəçi-müəllim vəzifəsinə daxil olmuş müraciətlər hazırda qiymətləndirilmə mərhələsindədir.
📌 24 iyul 2026-cı il tarixinədək bütün müraciətlərə baxılacaq və nəticələr namizədlərin şəxsi kabinetlərində əks olunacaq.
Müraciəti növbəti mərhələyə uyğun hesab edilən namizədlərin şəxsi kabinetlərinə aşağıdakı məlumatlar göndəriləcəkdir:
✅ İmtahanın keçirilməsi barədə təlimat;
✅ İmtahanın tarixi;
✅ İmtahanın vaxtı;
✅ İmtahanın keçiriləcəyi ünvan.
İmtahan mərhələsi
İmtahan mərhələsi psixoloji test formatında keçirilir.
🔹 Psixoloji qiymətləndirmə bilik imtahanı deyil. Onun məqsədi namizədin tərbiyəçi-müəllim vəzifəsinə peşə uyğunluğunu və davranış xüsusiyyətlərini qiymətləndirməkdir.
🔹 Bu qiymətləndirmə üzrə rəsmi hazırlıq materialları, sual bankı və ya "düzgün cavablar" mövcud deyil.
🔹 Qiymətləndirmədə doğru və ya yanlış cavab yoxdur. Ən vacib məqam sualları səmimi, obyektiv və öz real düşüncə və davranışlarınıza uyğun şəkildə cavablandırmağınızdır.
Psixoloji qiymətləndirmənin məqsədi "düzgün cavabı" tapmaq deyil, namizədin tərbiyəçi-müəllim vəzifəsinə peşə uyğunluğunu qiymətləndirməkdir.