İmtahan nəticələri ilə bağlı məlumat
İcma əsaslı məktəbəqədər təhsil layihəsi üzrə işə qəbul imtahanında iştirak edən namizədlər nəticələri şəxsi kabinetləri vasitəsilə nəzərdən keçirə bilərlər.

Nəticəsi şəxsi kabinetində əks olunmayan namizədlər yaranmış problemlə bağlı elektron portalın “Texniki dəstək” bölməsindən müraciət edə bilərlər.
Müraciət zamanı məsələnin daha operativ araşdırılması və problemin müəyyənləşdirilməsi üçün namizədlərdən aşağıdakı məlumatları tam və düzgün şəkildə qeyd etmələri xahiş olunur:
ad, soyad və ata adı;
FİN kod;
müraciət zamanı istifadə olunan əlaqə nömrəsi;
qarşılaşdıqları problemin ətraflı təsviri;
problemin təsdiqlənməsinə kömək edə biləcək digər məlumatlar və ya sənədlər (mövcud olduğu halda).
Qeyd: Müraciətdə qeyd olunan məlumatların düzgünlüyünə diqqət yetirilməsi xahiş olunur. Məlumatların tam təqdim edilməsi müraciətin daha operativ araşdırılmasına və problemin həllinə kömək edəcəkdir.
Texniki dəstək bölməsinə yalnız nəticə ilə bağlı yaranmış texniki və ya sistem problemləri üzrə müraciət etməyiniz xahiş olunur.