top of page

Lənkəran şəhərində “Kiçik addımlar, Böyük Uğurlar” adlı məktəbəqədər forum keçirilib

13 may tarixində Lənkəranda “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Kiçik addımlar, Böyük Uğurlar” adlı forum keçirilib.

Forumun məqsədi erkən uşaq təhsilinin uşaq inkişafında rolunu tərənnüm etmək olub.

Eləcə də forumda “İcma əsaslı məktəqədər təhsil” layihəsinin Azərbaycanda erkən uşaq təhsil sahəsində faydaları, əldə etdiyi uğurları haqqında söz açılıb. Lənkəran şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan forumda qonaqlara uşaqların əl işləri sərgi şəklində nümayiş olunub.

Tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilməklə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Daha sonra tədbir iştirakçıları “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi tərəfindən ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı hazırlanan videoçarxı izləyiblər.

Tədbirdə iştirak edən Lənkəran Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov öz çıxışında Heydər Əliyevin Azərbaycan təhsilində gördüyü işlər, uğurlar barəsində və məktəbəqədər təhsilin vacibliyi barədə söz açıb.

Lənkəran Rayon İcra Hakimiyyətinin Humanitar şöbənisin əməkdaşı Cavad Miriyev Heydər Əliyevin təhsil sahəsində uzaqgörənliklə söylədiyi konseptual fikirləri, tövsiyələri barədə çıxış edib.

  • Klinik psixoloq - psixoterapevt, Nigar Pənali Həsənova “Məktəbəqədər təhsildə psixo-pedaqoji inkişaf” adlı mövzu ilə çıxış edİb.

  • “Bağçam” uşaq bağçaları şəbəkəsinin qurucusu, təhsil idarəetməsi üzrə mütəxəssis, Rasif Dünyamalıyev “Məktəbəqədər Təhsilin gələcək vərdişlərə təsiri” adlı mövzu ilə çıxış edib.

  • “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin rəhbəri vəzifələrini icra edən Orxan Cəfərov “Məktəbəqədər təhsil və iqtisadi inkişaf” adlı mövzu ilə forumda çıxış edib.

Forumda Masallı, Astara və Lənkəran rayonlarının bir sıra icma əsaslı məktəqədər təhsil qruplarında iştirak edən uşaqlar şeirlər, mahnılar ifa ediblər. Eləcə də rəngarəng rəqs çıxışları göstəriblər.




bottom of page