top of page

Sumqayıt şəhərində “Kiçik addımlar, Böyük Uğurlar” adlı məktəbəqədər forum keçirilib

20 may tarixində Sumqayıt şəhərində “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan sayca 2-ci “Kiçik addımlar, Böyük Uğurlar” adlı forum keçirilib.

Forumun məqsədi erkən uşaq təhsilinin uşaq inkişafında rolunu tərənnüm etmək olub.

Eləcə də forumda “İcma əsaslı məktəqədər təhsil” layihəsinin Azərbaycanda erkən uşaq təhsil sahəsində faydaları, əldə etdiyi uğurları haqqında söz açılıb.

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan forumda qonaqlara uşaqların əl işləri sərgi şəklində nümayiş olunub.

Tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilməklə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Daha sonra tədbir iştirakçıları “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi tərəfindən ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı hazırlanan videoçarxı izləyiblər.

Tədbirdə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarə olunması sektorunun müdiri, İlahə Rəsulova və sektorun digər əməkdaşları iştirak ediblər.

İlahə Rəsulova və eləcə də “Bağçam” uşaq bağçaları şəbəkəsinin qurucusu, təhsil idarəetməsi üzrə mütəxəssis – Rasif Dünyamalıyev, “İcma əsaslı məktəbəqədər təhsil” layihəsində layihə koordinatoru – Aygün Bayraməliyeva, "Bumblebee Preschool & Montessori"də Əməliyyatlar və inzibati işlər üzrə supervayzer – Aytən Qocayeva, Autizm Erkən Müdaxilə mərkəzinin təsisçisi – Aynur Hüseynli, "SPECIAL KIDS" Bağça Tipli Reabilitasiya Mərkəzinin icraçı direktoru – Şəlalə Orucova məktəbəqədər təhsil sahəsində müxtəlif mövzularda çıxışlar ediblər.


Forumda Sumqayıt şəhərinin bir sıra icma əsaslı məktəqədər təhsil qruplarında iştirak edən uşaqlar şeirlər, mahnılar ifa ediblər. Eləcə də rəngarəng rəqs çıxışları göstəriblər.




bottom of page