top of page

Məktəbəqədər təhsildə STEAM

2-4 və 9-11 mart tarixləri aralığında “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsində çalışan mentorlar üçün 3 günlük “STEAM” layihəsi tərəfindən təlimlər keçirilib.


Təlimlərin əsas məqsədi STEAM layihəsinin məktəbəqədər təhsildə tətbiq oluna biləcək tədris komponentlərinin mentorlar vasitəsilə tərbiyəçi-müəllimlərə çatdırmaq olmuşdur. Gündəlik 4 saata yaxın davam edən təlim proqramı ilə aşağıdakı siyahıdan tanış ola bilərsiniz:

1) STEAM nədir?

· Fəaliyyət: “Bottle challenge”

2) Metodologiyalar

· Fəaliyyət: Kitab istehsalı

3) Biomimikri

· Fəaliyyət: Praktik məşğələ

4) Elm

· Fəaliyyət: Göy qurşağı

5) Aerodinamika

· Fəaliyyət: Paraşüt layihəsi

6) Hidravlika

· Fəaliyyət: Hidravlik körpü


Belə ki, bu layihələrarası ilk əməkdaşlıqdır və gələcəkdə əməkdaşlığın davamlı olacağı planlaşdırılır.


 

bottom of page