top of page

Məktəbəqədər Təhsildə Əsaslar. Tərbiyəçi-Müəllimlər üçün təlimlər keçirilib.


"İcma əsaslı məktəbəqədər təhsil" layihəsində 2023-2024-cü tədris ili üzrə yeni işə qəbul olunmuş tərbiyəçi-müəllimlər üçün təlimlər baş tutub.

Bu təlimlər onların məktəbəqədər təhsillə bağlı ilkin bilik və bacarıqlarının formalaşdırılması məqsədilə təşkil olunmuşdur.

Təlimlər ölkənin 39 şəhər və rayonda 66 mentorun iştirakı ilə keçirilmişdir. Cari tədris ili ərzində tərbiyəçi-müəllimlərə növbəti təlimlər sessiyalarının keçirilməsi planlaşdırılıb.


Qeyd edək ki, oktyabrın 2-dən etibarən "İcma əsaslı məktəbəqədər təhsil" layihəsində 2023-2024-cü tədris ilinə başlanılıb. 2023-2024-cü tədris ilində "İcma əsaslı məktəbəqədər təhsil" layihəsi 931 qrupda ümumi 16000 nəfər 3-4 yaşlı uşağı əhatə edir.







bottom of page