top of page

Mentorlar üçün ikinci təlimlər sessiyası

21-27 yanvar tarixləri aralığında 2020-21-ci tədris ilində layihə çərçivəsində çalışan 21 mentor üçün sayca ikinci onlayn təlimlər sessiyası keçirilib. Belə ki, təlimlər mentorların peşəkar sahədə hərtərəfli inkişafını təmin etmək məqsədilə müxtəlif mövzuları əhatə edib.

Belə ki, layihə əməkdaşları Fəqan Hüseynov “Layihə əsaslı öyrənmə - praktiki məşğələlər”, Hüseyn Hüseynov "Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi” çərçivəsində layihələrin yazılışı və idarəolunması” və mütəxəssislər Yuliya Kərimova, Viktoriya Mustafayeva “Uşaqyönümlü, demokratik məktəbəqədər təhsil” adlı təlimlər keçiblər.

Əlavə olaraq, yerli mütəxəssislərlə yanaşı, layihənin eston tərəfdaşı “Childhood Academy”dən mütəxəssis Yelena Parfanova “Onlayn tədris zamanı valideynlərlə iş” adlı təlim keçib.

Tədris ili boyunca mentorların peşəkar inkişafı ilə bağlı davamlı təlimlər sessiyalarının keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, mentorların başlıca vəzifəsi İcma əsaslı məktəbəqədər təhsil mərkəzlərində çalışan tərbiyəçi-müəllimlərin iş keyfiyyətinin və mərkəzin ümumi texniki-infrastrukturunun monitorinqini aparmaqdır. Əlavə olaraq isə mərkəzlərdəki tədris prosesi ilə tanış olmaq və tərbiyəçi-müəllimlərə kömək etməkdir.



bottom of page