Azərbaycan Respublikasının Təhsil İnstitutunun icra etdiyi “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində 2020-21-ci tədris ilində fəaliyyət göstərəcək yeni İcma əsaslı Təhsil Qruplarında çalışacaq tərbiyəçi-müəllimlər üçün onlayn təlimlər keçirilib. Bu artıq cari təhsil ilində yeni tərbiyəçi-müəllimlər üçün üçüncü belə təlimlər sessiyasıdır.
Təlimlərin əsas məqsədi tərbiyəçi-müəllimləri layihə və məktəbəqədər təhsil barədə müvafiq mövzularda maarifləndirməkdir.
Fevralın 17-dən etibarən keçirilən onlayn təlimlərə 196 yeni tərbiyəçi-müəllim cəlb edilib. Onlayn təlimlərdə müxtəlif foto, video materiallar və eləcə də, təqdimatlardan istifadə olunur və hər bir təlim ortalama 2,5-3 saat davam edib.
Təlim mövzuları ilə aşağıdakı siyahıda tanış ola bilərsiniz:
1) Məktəbəqədər təhsildə oyunun əhəmiyyəti, davranışa təsiri.
· Təlimçi: Aynur Bünyatova - Psixologiya üzrə fəlsəfə doktoru olan Aynur Bünyatova, eləcə də 3 kitab və bir çox elmi məqalə müəllifidir.
2) Valideynlərlə işin, sıx münasibətin qurulması və çətinliklərin aradan qaldırılması yolları.
· Təlimçi: Svetlana Mustafayeva – Erkən yaş inkişafı üzrə mütəxəssis.
3) İcma əsaslı məktəbəqədər təhsil mərkəzlərində ilkin tibbi yardım və təhlükəsizlik.
· İlham Əmirov – Həkim-terapevt, “İlkin tibbi yardım” üzrə mütəxəssis.
4) Kuklalarla iş və kuklaların uşaq inkişafında rolu.
· Qurban Mənsimov –Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, aktyor, rəssam.
· Aynur Zərrintac - Ritual Mobil Teatr Laboratoriyasının təsisçisi. “Opressed Theater” və azyaşlılar üçün Art Terapeya mövzularında mütəxəssis.







