
11 aprel tarixindən etibarən 50 rayon və şəhərdən layihə çərçivəsində çalışan 180 tərbiyəçi-müəllim məktəbəqədər təhsillə bağlı təlimlərə cəlb olunmuşdur.
Təlimlərin məqsədi layihə çərçivəsində ötən illərdə çalışan tərbiyəçi-müəllimlərin peşəkar inkişafını təmin etməkdir.
Bu təlimlərdə tərbiyəçi müəllimlər aşağıdakı mövzularda bilik və bacarıqlarını inkişaf etdirəcəklər:
"İcma əsaslı məktəbəqədər təhsil" tədris proqramı ilə iş
Guşələr və sərbəst fəaliyyət
Valideynlərlə iş
Təşəbbüslərin icra olunması
Teatrın uşaq inkişafında rolu
Kuklaların hazırlanması və dərs prosesində tətbiqi
Uşaqların inkişaf mərhələləri
Ünsiyyətin inkişafı
Təlimlər 21 aprelə qədər davam edəcək.
