top of page

Müəllimlərin peşəkar inkişafı üzrə təlimlər

  • Yazarın fotoğrafı: İcma əsaslı məktəbəqədər təhsil
    İcma əsaslı məktəbəqədər təhsil
  • 1 Şub 2023
  • 1 dakikada okunur

2022 – 2023 tədris ilində “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində müəllimlərin peşəkar inkişafı məqsədilə 27 – 31 yanvar tarixlərində təlimlər keçirilib. Təlimlərin təşkilində əsas məqsəd müəllimlərin məktəbəqədər təhsillə bağlı bilik və bacarıqlarının artırılması, inkişaf etdirilməsi, zəruri məlumatların çatdırılması olub. Təlimlərə 40 fərqli şəhər və rayonlardan olmaqla 115 nəfər yeni seçilmiş tərbiyəçi-müəllim cəlb olunub. Bu yeni tədris ilində təşkil olunmuş sayca üçüncü təlimdir və aşağıdakı mövzuları əhatə edib:

  • Tədris Proqramı və sərbəst fəaliyyətlərin təşkili

  • Teatrın uşaq inkişafında rolu

  • Uşaqlarda davranış pozuntularının aradan qaldırılması

  • Sinfin idarə olunması – guşələrin təşkili

  • Valideynlərin təlim prosesinə cəlb olunması strateqiyaları

  • STEAM

  • Uşaq inkişafının qiymətləndirilməsi


 
 

2017 - 2023 | İcma əsaslı məktəbəqədər təhsil

bottom of page