top of page

Psixoloqla görüş

21 Yanvar - 26 Fevral tarixləri aralığında həftədə 4 dəfə olmaqla 24 qrup üzrə baş tutan onlayn görüşlərdə layihədə çalışan bütün tərbiyəçi-müəllimlər iştirak edib.


"Uşaqlarda inkişaf ləngiməsi" mövzusu altında baş tutan görüşlərdə 3-5 yaşlı uşaqların göstərməli olduğu inkişaf standartı və bununla müqayisədə inkişafının müqayisəsi barədə məlumat verilib. Tərbiyəçi-müəllimlərin, valideynlərin ən əsas diqqət yetirməli olduğu məsələlər:

  • Uşaqların inkişaf standartı – yəni 3-5 yaşlı uşaqlar nələri bilməli və hansı bacarıqlara yiyələnməli olduqları

  • Psixi proseslərin – diqqət, hafizə, qavrayış, təfəkkür, təxəyyülün inkişafıdır.

Görüşlər BDU-nun psixologiya üzrə məzunu və 4 ilə yaxın iş fəaliyyəti olan psixoloq Fatimə Əliyeva tərəfindən həyata keçirilib.

Görüşlərin sonunda tərbiyəçi-müəllimlərin sualları cavablandırılıb.


 



bottom of page