İş öhdəlikləri:
İl ərzində “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin tərbiyəçi müəllimləri üçün Azərbaycan Dövlət Pedaqoji Universitet və onun 5 region filialında təşkil ediləcək pedaqoji kurs layihəsinin idarə olunması.
6 Mərkəzdə (Bakı, Quba, Cəlilabad, Şamaxı, Şəki, Ağcabədi) tədris prosesinin monitorinqi, qiymətləndirilməsi və bununla bağlı rəy hazırlamaq.
Monitorinqin nəticələrinə uyğun məşğələlərin yaxşılaşdırılması ilə bağlı təkliflərin hazırlanması.
İl boyu pedaqoji kursların təşkili, regionlarda fəaliyyət göstərən İcma əsaslı məktəbəqədər təhsil mərkəzlərində fəaliyyət göstərən tərbiyəçi-müəllimlərin o kurslara cəlb olunmasını təşkil etmək.
Kursun sonunda qiymətləndirmə ilə bağlı təkliflərin hazırlanması.
Mərkəzlərin yerləşdiyi 5 regiona ezamiyyə (Quba, Cəlilabad, Şamaxı, Şəki, Ağcabədi).
İcma əsaslı məktəbəqədər təhsil mərkəzlərini monitorinq edəcək metodistlə işləmək.
Aylıq təqdim olunan monitorinq hesabatlara baxış və metodistlə birlikdə nəticələrin təhlili.
Təhlilə uyğun keyfiyyətin yaxşılaşdırılması ilə bağlı təkliflərin hazırlanması.
Yuxarıda sadalananlarla bağlı digər fəaliyyətlər.
İş üçün tələblər
Pedaqoji təhsili və bu sahədə iş təcrübəsi
Fəaliyyətlərin daimi monitorinq və qiymətləndirilməsi ilə bağlı praktiki bilik və bacarıqları
Statistik məlumatları təhlil etmək bacarığı
"MS Excel" proqramında işləmək bacarığı
Məlumatları təhlil etmək, uyğun təqdimat hazırlamaq bacarığı
Layihə fəaliyyətlərini təşkil etmək və idarə etmək bacarığı
Mütəxəssislələlə işləmək, təkliflər hazırlamaq və onların icrasını təşkil etmək bacarığı
Məsuliyyətli, dinamik, problem həll etmə bacarığı
Gərgin iş rejimində işləmək bacarığı
Müraciət üçün son tarix: 25 iyul, 2021.
Ünvan: Bakı şəhəri, F.X. Xoyski 109, Təhsil Texnologiyalar Mərkəzi,
İşə başlama tarixi: Avqust 2, 2021-ci il.
İşə qəbul: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun
İş günü: 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
Əmək haqqı: müsahibə əsnasında təyin olunacaq.
Maraqlı olan şəxslər CV-lərini e-mailin ad (subject) hissəsində “Monitorinq və Qiymətləndirmə üzrə Mütəxəssis” olmaqla icma.layihesi@arti.edu.az ünvanına göndərə bilərlər.