top of page

Erkən yaşda uşaq inkişafı ilə bağlı pedaqoji kurs

Avqustun 9-dan etibarən 2021-22-ci tədris ilində yeni İcma əsaslı məktəbəqədər təhsil qruplarında çalışacaq və eləcə də artıq bir neçə ildir işləyən bir qrup tərbiyəçi-müəllim üçün “Erkən yaşda uşaq inkişafı sahəsində bilik və bacarıqlarının artırılması üçün 108 saatlıq pedaqoji kurs” təşkil edilib.

Daha öncədən “Təlimçilər üçün Təlim” keçmiş 21 müəllim 6 ADPU mərkəzində (Bakı, Quba, Cəlilabad, Ağcabədi, Şəki və Şamaxı) növbəti 5 həftə ərzində 370 tərbiyəçi-müəllimə məktəbəqədər təhsillə bağlı nəzəri və praktik bilikləri ötürəcəklər.

Pedaqoji kursun məqsədi regionlarda “İcma əsaslı məktəbəqədər təhsil” layihəsində fəaliyyət göstərən tərbiyəçi-müəlllimlərin erkən yaşlı uşaqların inkişafı ilə bağlı təlimləndirmək, bilik və bacarıqlarını artırmaqdır. Əlavə olaraq isə bu pedaqoji kurs ADPU-nun “Məktəbəqədər təhsil” fakültəsini daha müasir, yeni yanaşmaları əhatə edən zəngin materiallarla təmin edəcəkdir.

Qeyd edək ki, pedaqoji kurs Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə birgə əməkdaşlığı çərçivəsində hazırlanmışdır.

“Təlimçilər üçün təlim” haqqında əlavə məlumat üçün: https://www.icmalayihesi.edu.az/post/mektebeqeder-tehsil-pedaqoji-layihe


 


留言


bottom of page